Türkiyənin Qaziantep şəhərində sakinlər dəhşətli mənzərənin şahidi olublar.
“Qanunla.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, insanlar sahibsiz itlər tərəfindən parçalanmış körpə meyiti tapıblar. Yeni doğulan körpənin iki gün əvvəl boş tarlada tərk edildiyi bildirilib.
Polis körpəni çölə atan şəxslərin tapılması üçün genişmiqyaslı araşdırmalara başlayıb.