image-qanunla-reklam
image-1838d986ed-tarixi-heqiqetlerqalib-olkemiz-ezeli-torpaqlarimizi-geri-qaytarmaq-iqtidarindadir

Tarixi həqiqətlər

image-lady-day-az

Tarixi həqiqətlər

1988–1989-cu illərdə Qərbi Azərbaycanda (Ermənistan) azərbaycanlı işçilər iş yerlərinə, uşaqları isə məktəbə buraxılmır, dükan-bazarda azərbaycanlılara ərzaq və sairə satılmır, azərbaycanlıların işığı, telefonu, suyu, qazı kəsilir, onların həyat şəraiti dözülməz vəziyyətə gətirilirdi. Bu, əsl mənəvi, psixoloyi terror idi ki, tez-tez fiziki terrorla da əvəz olunurdu.

Çox vaxt ermənilər azərbaycanlı evlərinə əvvəlcə cüzi qiymət qoyur, sonra hədə-qorxu gəlir, bir şey çıxmayanda ev-eşiyini dağıdır, od vurub yandırırdılar. Beləcə rayonların azərbaycanlı kənd və məhəllələri ev-ev boşaldılır, erməniləşdirilirdi. Xüsusilə ermənilərin qat-qat çoxluq təşkil etdiyi kəndlərdə azərbaycanlıların vəziyyəti dözülməz idi. Adamlar səhərə qədər bel, yaba, balta və s. ilə silahlanır, tonqal yandırıb küçələrdə keşik çəkirdilər. Lakin noyabrın sonlarında ermənilər bütün Ermənistan üzrə azərbaycanlı kəndlərinin üzərinə qəti hücuma keçdilər. Bir həftənin içərisində bütün azərbaycanlı kəndləri boşaldıldı, mal-mülkləri əllərindən alındı, ələ keçənlər qətlə yetirildilər.

Azərbaycanlılar ayaqyalın, başıaçıq, qışın şaxtasında, qarında dağlara, meşələrə üz tutdular. Ölən öldü, donan dondu, ürəyi partlayanlar, ağlını itirənlər oldu. Bu, heç bir insanlıq qanununa sığmayan bir müsibət idi. Bu, tarix boyu qul olaraq yaşamış ermənilərin bütün insanlıqdan intiqam alması idi.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktor əvəzi-Rəşad İsmayılov

 

Artıq iki ildir ki,Müzəffər Xalq kimi yaşayırıq.

Artıq ikinci ildir ki, Azərbaycan xalqı möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandanımız İlham Əliyevin mahir sərkərdəliyi ilə, şəhidlərimizin canı, qazilərimizin qanı, sarsılmaz xalq–iqtidar birliyi hesabına qazandığımız böyük Qələbənin, tarixi Zəfərin qürurunu yaşayır. 2020-ci ilə qədər adi təqvim günlərindən biri olan 8 Noyabr 2 il öncə xalqımızın minilliklərə gedib çıxan tarixinə böyük və parlaq hərflərlə əbədi həkk olundu. 8 Noyabr miqyasına və əhəmiyyətinə görə yalnız Azərbaycanın deyil, bütünlüklə, Türk dünyasının son iki yüz il ərzində qazandığı ən böyük tarixi Zəfər hesab olunur.

Qədirbilən xalqımız möhtəşəmliyini, əhəmiyyətini, hər birimizin taleyindəki həlledici rolunu adi sözlərin ifadə edə bilməyəcəyi bu tarixi günü– Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli sərəncamı ilə Zəfər Günü kimi təsis edilən 8 Noyabrı böyük coşqu və sevgi ilə qarşılayır. Ölkəmiz bu tarixi qələbənin ildönümünü 2 ildir ki, uğurlarımızın memarı ulu öndər Heydər Əliyevin ölməz xatirəsinə, şəhidlərimizin ruhuna və qazilərimizin hünərinə böyük ehtiram və əlbəttə ki, tarixi Zəfərin lideri müzəffər Ali Baş Komandanımıza sonsuz minnətdarlıq hissləri ilə qeyd edir.

Birinci Qarabağ müharibə-sindəki uğursuzluqdan, tarixi ərazilərimizin itirilməsindən sonra böyük məhrumiyyətlərə düçar olan xalqımız hər an qələbə arzusu ilə yaşayır, zəfər müjdəsini gözləyirdi. Şükürlər olsun ki, bu ümidlər doğruldu. 1993-cü ilin 15 iyununda böyük zəfərə gedən yolumuzun ilk işartıları göründü. Məhz bu tarixdən başlayaraq möhkəm təməlləri xalqımızın xilaskarı, ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan Respublikası yeni inkişaf mərhələsinə qədəm qoydu. Ötən əsrin ­90-cı illərinin əvvəllərindəki xaos, hakimiyyətsizlik mühti əmin-amanlıqla, rifahla əvəz olundu. Müdrik xalqımız həmin günləri yaxşı xatırlayır və uğurlarımızın, qələbələrimizin memarı ümummilli lider Heydər Əliyevi hər zaman qədirşünaslıqla yad edir.

Ulu öndərimizin siyasətini qətiyyətlə davam və inkişaf etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti, müdrik qərarları sayəsində son 20 ildə Azərbaycan qüdrətli bir dövlətə çevrildi, ölkəmiz, müzəffər xalqımız tariximizin heç bir mərhələsində görünməyən uğurlara imza atdı. Hər zaman xalqın dəstəyinə arxalanan, ondan güc alaraq müstəqil siyasət yürüdən Prezident ­İlham Əliyevin mahir idarəçilik təfəkkürü, fenomenal bacarıqları sayəsində ölkəmizin siyasi, iqtisadi, hərbi qüdrəti günbəgün artdı. Bütün bunlar, əlbəttə, çoxdan arzusunda olduğumuz tarixi zəfərimizi şərtləndirir və günü-gündən yaxınlaşdırdı. Nəhayət, 2020-ci ilin 27 sentyabrından başlayaraq 44 gün boyunca Zəfər salnaməmizin ən şanlı, ən parlaq səhifələri yazıldı. 2020-ci ilin 8 noyabrında milli qürurumuzun simvolu olan Şuşanın azad olunması ilə 44 günlük Zəfər yürüşümüz öz zirvəsinə çatdı– düşmənin acı məğlubiyyətini etiraf etməkdən və təslimçilik sənədinə imza atmaqdan başqa çarəsi qalmadı.

İllərlə arzusunda olduğumuz gün gəldi, xəyallarımız gerçəkləşdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Müqəddəs yurdumuz – Qarabağımız azadlığına qovuşdu. Başımızın üstündəki qara buludlar əbədi olaraq dağıldı. Üstümüzə gün doğdu, taleyimizə yeni həyat bəxş olundu. Bu mənada 8 Noyabr tarixi haqlı olaraq ölkəmizin, xalqımızın həyatında yeni eranın başlanğıcı kimi qiymətləndirilir. Məhz bu tarixdən sonra regionda yeni geosiyasi reallıqlar yarandı. Vətən müharibəsini qalibiyyətlə başa vuran qüdrətli Azərbaycan öz şərtlərini diqtə edən və uğurla həyata keçirən ölkə kimi daha böyük imkanlar əldə etdi.

30 il işğal altında qalan ərazilərimizdə qələbədən sonra miqyası heç bir ölçüyə sığmayan layihələr həyata keçirilir. Torpaqlarımıza yeni nəfəs gəlir, keçmiş məcburi köçkünlərin uzun illər boyunca məşəqqətlə keçən həyatlarında yeni ab-hava hökm sürür. Artıq şagirdlərimiz öz yurdlarında dərsə gedir, müəllimlərimiz doğma el-obalarında çalışmağın sonsuz qürurunu yaşayırlar. Bütün bunlar hər birimizin qəlbini fərəh və qürur hissləri ilə doldurur. Bu günlərdə Zəngilanın Ağalı kəndində möhtərəm Prezidentimiz, qalib sərkərdəmiz İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın erməni vandalizminin xarabaya çevirdiyi bir məkanda ən qısa müddətdə dünya standartları səviyyəsində tikilmiş məktəbi ziyarət etmələri, öz yurdlarında təhsil almağın nəhayətsiz xoşbəxtliyini yaşayan şagirdlərlə söhbətləri bütün dünyaya bir daha dövlətimizin, xalqımızın sülh mesajları kimi yayıldı.

Tarixi zəfərdən sonra azad edilmiş rayon və şəhərlərimizin baş planlarının təsdiqi, yaşayış məhəllələrinin təməlinin qoyulması insanların sabaha olan ümidlərini daha da artırır, keçmiş məcburi köçkünlərin illərlə həsrətində olduqları doğma yurd-yuvalarına əbədi qayıdışını günbəgün yaxınlaşdırır. Xüsusilə düşmənin xarabalığa çevirdiyi, heç bir infrastrukturun mövcud olmadığı ərazilərdə ən qısa zaman ərzində müasir dünya standartları səviyyəsində Füzuli Beynəlxalq Hava Limanının və Zəngilan Beynəlxalq Hava Limanının inşa edilib istifadəyə verilməsi, Laçın Beynəlxalq Hava Limanının təməlinin qoyulması Azərbaycan dövlətinin qüdrətini bir daha bütün dünyaya nümayiş etdirir.

Zərdab rayon İsaqbağı kənd tam orta məktəbin direktoru- Dayangül Vəliyeva

 

Qərbi Azərbaycan bizim tarixi torpağımızdır.

Bu ərazilərdə yaşayan azərbaycanlıları Sovet dövründə məcburi şəkildə deportasiya etdilər. Nəinki ,deportasiya etdilər, hətta soydaşlarımızı qətlə yetirdilər.Həmin dövrdə İrəvan ərazisində belə çoxlu azərbaycanlılar yaşayırdılar. Oradakı Azərbaycan xalqına məxsus tarixi abidələri məhv etsələr belə ,XX əsrin əvvəllərinə aid xəritələrdə həmin ərazilərdə çoxlu Azərbaycan mənşəli adlara rast gəlmək mümkündür.Tarix heç vaxt silinmir.Biz bilirik ki, indiki Ermənistan ərazisində belə tarix boyu azərbaycanlılar yaşayıb.XX əsr boyunca Azərbaycan xalqı çoxlu faciələr yaşayıb .Bu faciələr Sovet hökumətini himayədarlığı ,vasitəçiliyi ilə ermənilər tərəfindən törədilmişdir. Lakin bizi güclü edən bu faciələr ,başımıza gətirilən müsibətlər,doğma yurdumuzdan didərgin düşsək də ,torpağa, vətənə bağlılıq oldu.Dünyada ədalət yoxdur. Ermənistanın qərbi azərbaycanlılara qarşı törətdiyi vəhşilikləri yetməz kimi, Qarabağda da başımıza müsibətlər gətirildi, torpaqlarımız işğal edildi .Lakin Azərbaycan xalqı ,sınmadı, əyilmədi, yenidən öz gücünü bərpa etdi, ədaləti bərqərar etdi. 44 günlük Vətən müharibəsindən qələbə ilə ayrıldı, tarixi torpaqlarımizi geri qaytardı. Amma biz Ermənistanla öz sərhədlərimizin təhlükəsizliyini təmin etmək məcburiyyətindəyik. Çünki Ermənistan cəmiyyətində hələ də Azərbaycana qarşı nifrət hissi var ,onlar hələ də keçmiş ilə yaşayırlar. Elə bilirlər ki ,hələ də onlara kimlərsə himayədarlıq edəcək və özlərinin olmayan bir torpağa yiyələnəcəklər. Və biz Göyçə gölü ətrafındakı sərhədlərimizi sentyabr əməliyyatlari nəticəsində möhkəmləndirdik. Bu gün biz Göyçə gölünü,təmçinin tarixi Qərbi Azərbaycan torpaqlarını yaxından görə bilirik. Hətta Naxçıvan dağlarını seyr edə bilirik. Cənab Prezidentimiz İlham Əliyev Qərbi Azərbaycan icmasının binasında bir qrup ziyalı ilə görüşü zamanı də qeyd etmişdir ki ,”Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.”

Zərdab rayon  Çallı kənd tam orta məktəbin  müəllimi- Vahidli Aydan

 

Artıq iki ildir ki, müzəffər xalq kimi yaşayırıq.

Azərbaycan xalqı illərdir həsrətində olduğu, səbrsizliklə gözlədiyi tarixi günləri artıq iki ildir ki, yaşayır. Azadlığa qovuşmuş və hər qarışı müqəddəs olan torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Qalib ölkənin vətəndaşı olmaq hər birimiz üçün qürurvericidir. Bizə bu qürurlu tarixi anları yaşadan ölkə Prezidentimiz Cənab İlham Əliyevin, Müzəffər Azərbaycan Ordusunun böyük Qələbə müjdəsi xalqımızın qəlbində əbədi qəhrəmanlıq dastanına çevrilib.

44 günlük Vətən müharibəsi bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı igiddir, qorxmazdır və öz hüquqlarını qoruyandır. Ölkə Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyev şəxsi keyfiyyətləri, əzmi, qətiyyəti ilə əsrlərdir davam edən tarixi gedişatı dəyişməyi bacardı. Tarixi ədaləti bərpa edən Ali Baş Komandan İlham Əliyev qurucu lider, müzəffər sərkərdə və xalqımızın ən böyük arzularını gerçəkləşdirən şəxsiyyət kimi adını əbədi olaraq tarixə həkk etdi.

Öz qanları ilə tarix yazan şəhidlərimizin ruhu şaddır. Onların bizə miras qoyub getdiyi Qalib Azərbaycan günü-gündən çiçəklənir, güclənir. Qarabağda quruculuq dövrüdür.Müharibə zamanı Azərbaycan xalqı Allahın xoşuna gələn zəfəri təmin edən portretini çəkdi. Bu portretdə xalqımızın əsas xarakterik cizgiləri əks olundu:- “Ana öz oğlunun tabutu qarşısında oynadı”, “General əsgərinə bu mənim qardaşımdır” – dedi. Nargül adlı qadın bir həftənin içərisində həm şəhid ərini, həm də şəhid qardaşının cənazəsini çiynində daşıdı.

Sözsüz ki, Qələbəmiz Vətən uğrunda canlarından belə keçməyə hazır olan hər bir əsgər və zabitimizin, əfsanəvi qəhrəmanlar böyütmüş ata- analarımızın, bir sözlə, bütün Azərbaycan xalqının sayəsində qazanılmışdır.

Qarabağ Azərbaycan olub və həmişə də Azərbaycan olacaq!

Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbinin müəllimi- Rüstəmova Aliya

 

Bu gün biz artıq Bala Göyçənin sahilindəyik

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib:  ”Gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Əfsuslar olsun ki, Ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.”

Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilmişdir.1980-ci illərin sonlarında sovet hökuməti xalqımıza qarşı növbəti cinayət törətdi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən getməsindən istifadə edən həm erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər. Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm ovaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi.

Bütövlükdə 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarıldı, qovuldu, bir çoxları öldürüldü, onlara işgəncələr verildi. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı.

İki il bundan əvvəl düşmənləri torpaqlarımızdan qovduq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik.  Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq. Bu gün biz artıq Bala Göyçənin sahilindəyik. Bu gün biz Göyçə gölünü binoklsuz görürük.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin direktoru-Rasif Qaçayev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki