image-qanunla-reklam
image-2020-09-30-09-58-163p8vvzrfjjwk8uahevqs_file

Tarixi ənənələrə söykənən əməkdaşlıq

image-lady-day-az

Azərbaycan və gürcü xalqları arasındakı sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin tarixi çox qədimdir. Yaşca tarixin özü qədər qoca olsa da, günbəgün möhkəmlənən bu dostluq zamanın çarpaşıq, kələ-kötür yollarında böyük sınaqlardan keçib. Fərəhlidir ki, xalqlarımız arasında heç vaxt anlaşılmazlıq olmayıb. İstər Azərbaycan torpaqlarında yaşayan gürcülər, istərsə də Gürcüstanda yaşayan azərbaycanlılar tarix boyu özlərini doğma vətənlərindəki kimi hiss etmiş və bu dostluğun əbədiyaşarlığına öz layiqli töhfələrini vermişlər.  Azərbaycan Gürcüstanın yalnız qonşusu deyil, həm də qardaş xalq və dost dövlətdir. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildən qurulmuşdur. 1995-ci ilin fevral ayında Bakıda Gürcüstan səfirliyi, 1996-cı ilin mart ayında isə Tbilisidə Azərbaycan səfirliyi  açılmış və bu da  ikitərəfli əlaqələrin inkişafı   üçün  daha  möhkəm təməl olmuşdur.

Hər iki xalq əsrlər boyu bir-birinin yanında olmuş, həmişə dostluq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də həmin əlaqələr yüksək səviyyədədir. İki ölkə arasında dostluq və dövlətlərarası əlaqələr möhkəm təməl üzərində qurulub. Dost ölkələr arasında diplomatik əlaqələrin 30 il əvvəl yaradılmasına baxmayaraq, sovet dönəmində də Azərbaycan və gürcü xalqları Qafqazda dost və qardaş kimi tanınıblar. Bu gün  Azərbaycanla  Gürcüstanı dövlət müstəqilliyinin möhkəmlənməsi və beynəlxalq əlaqələrin genişlənməsi, Qafqazda nisbi siyasi sabitliyin yaranması, Transqafqaz və Transxəzər magistralının təhlükəsizliyinin təmin edilməsi, demokratik cəmiyyətin və hüquqi dövlətin qurulması kimi siyasi xətlər birləşdirir.Hazırda Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir.

Bu günlərdə reallaşan Azərbaycan Prezidenti cənab İlham Əliyevin Gürcüstana  münasibətlərdə yeni səhifə açacaq  növbəti  səfəri  bir daha  təsdiqlədi  ki,  iki ölkənin  imza  atdığı   uğurların təməlində  xalqlarımızın,  liderlərin dostluğu və birgə fəaliyyəti dayanır. Gürcüstana səfəri zamanı  Gürcüstanın və Azərbaycanın yaxın dost, qardaş ölkələr kimi, əsrlər boyu mehriban qonşuluq şəraitində yaşadıqlarını və bu gün uğurla inkişaf etdiklərini vurğulayan Prezident cənab İlham Əliyev qeyd edib  ki, iki dövlətin birgə həyata keçirdiyi layihələr həm ölkələrimiz, həm qitə, həm də dünya üçün önəmlidir.Bütün bunlar bir daha təsdiqləyir ki, möhkəm təməl üzərində qurulan Azərbaycan–Gürcüstan dostluğu sarsılmazdır.

Bu gün regional əməkdaşlığın aparıcı qüvvələri olan Azərbaycan, Türkiyə və Gürcüstan beynəlxalq əməkdaşlıqda da öz sözlərini deyir,   ölkələrimizin möhkəm təmələ əsaslanan əlaqələrini daha da sarsılmaz edir. Bu birlik, həmrəylik regionda sabitliyin, təhlükəsizliyin stumuludur. Azərbaycan-Gürcüstan dostluğu Cənubi Qafqazda əməkdaşlığın və təhlükəsizliyin qarantıdır. Bu  əməkdaşlıq qarşıdakı illərdə də eynilə bu cür fəallıq və dostluq ruhunda davam etdiriləcək və bölgədə sülhün, sabitliyin, dinclik və əmin-amanlığın əsas təminatçısı olacaq.

Zərdab  rayon  Həsən  bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki