Müğənni Talıb Tale Azərbaycana buraxılmayıb.
Qanunla.Az xəbər verir ki, Gürcüstanda istirahətdə olan Talıb Tale COVİD-19 pasportuna görə ölkəmizə buraxılmayıb:
“Tiflisdəyəm, əslində indi Bakıda olmalı idik. Amma doğru bildiyimiz yanlış ucbatından Bakıya gələ bilmədik.
Bir neçə gün öncə Gürcüstan vasitəsi ilə xaricə səfər etdik. COVİD-19 pasportu ilə başqa ölkəyə getdik. Həmin ölkədən də COVİD-19 pasportu ilə Gürcüstana geri döndük.
Bu gün Gürcüstandan Bakıya qayıdanda hava şirkətlərindən biri uçuşumuza icazə vermədi. Bildirdilər ki, vaxtında COVİD-19 testi verməlisiniz”.