image-qanunla-reklam
image-16312717692561336276_1000x669

Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır

image-lady-day-az

Müharibənin ilk günündən son gününədək Azərbaycan ordusu yalnız irəli gedirdi.44 gün ərzində bir dəfə də olsun geri addım atılmadı.Bu şanlı 44 gün Azərbaycan tarixinin qızıl səhifəsini təşkil edir. Müzəffər Ali baş komandanın rəhbərliyi altında işğalda olan torpaqların azad olunmasını qarşına məqsəd qoyan Azərbaycan silahlı qüvvələri bu tapşırığı şərəflə yerinə yetirdi. Müdrik və qəhrəman xalqı təmsil edən bu ordunun bacarmadığı tapşırıq yox idi o günlərdə.Həmin günlərdə hər birimiz ali baş komandana və ordumuza tam əmin idik ki, bu müharibə bizim zəfərimizlə bitəcək. Şuşa – Xarıbülbül əməliyyatı isə dünya hərb tarixinə misli görünməmiş hadisə kimi daxil oldu.Azərbaycan əsgəri sübut etdi ki, müharibənin taleyini təkcə silah və hansısa böyük dövlətə sığınmaqla deyil onu əsl vətənpərvər ruhu və böyük inamla həll etmək olar. Şuşa əməliyyatı bizim qürur tariximizdir.Milli kimliyimizin bir daha sübutudur bütün dünyaya.

Yaşasın Müzəffər Ali baş komandan,  yaşasın Azərbaycan Respublikası!

Qalib Azərbaycan Silahlı Qüvvələrinə eşq olsun!

 

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktor əvəzi- Rəşad ismayılov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki