image-qanunla-reklam
image-xestexana

Sumqayıtda faciə: azyaşlı bacılar qəfil vəfat etdi – Video

image-lady-day-az

Bu gün Sumqayıtda 2 azyaşlı qız evdə olarkən qəfildən vəziyyətləri pisləşib. Dörd və 6 yaşlı bacılar xəstəxanaya çatdırılana qədər vəfat ediblər.

Qanunla.Az xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, yaxınları deyiblər ki, azyaşlı bacıların halı pisləşən kimi valideynləri dərhal xəstəxanaya müraciət etsələr də, gec olub.

Sumqayıt Tibb Mərkəzi azyaşlı bacıların ölümü ilə bağlı məlumat yayıb. Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsindən “Xəzər Xəbər”ə bildirilib ki, eyni ailənin üzvü olan bacılar bu gün səhər saat 05:35-də Uşaq xəstəxanasına gətirilib. Baxış zamanı hər iki uşaqlarda həyati əlamət müşahidə olunmayıb. Bu barədə hüquq-mühafizə orqanlarına məlumat verilib. Onların nəşləri təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə göndərilib.

Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki