image-qanunla-reklam
image-1602514421-qatar

Sumqayıt-Bakı qatarı piyadanı vurdu

image-lady-day-az

Bu gün səhər saat 07:40 radələrində 6006 saylı Sumqayıt-Xırdalan-Bakı elektrik qatarı Güzdək-Xırdalan mənzilinin 11-ci kilometrində 101 km/saat sürətlə (təyin olunmuş sürət 105 km/saat) hərəkətdə olan zaman dəmir yolu xətlərindən piyadaların keçidi üçün qadağan olunmuş yoldan qəfil keçməyə cəhd etmiş şəxsi vurub.

Azərbaycan Dəmir Yolları QSC-dən (ADY) “Qanunla.az”a verilən məlumata görə, vurulan şəxs hadisə yerində dünyasını dəyişib.

Hadisə hüquq mühafizə orqanları tərəfindən aidiyyəti üzrə araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki