image-qanunla-reklam
image-1663260145

“Sülh” ali və ümumbəşəri dəyər olduğu üçün beynəlxalq təşkilatlar, habelə beynəlxalq ictimaiyyət rəsmi İrəvanını sülhə çağırmalıdır

image-lady-day-az

“Sülh” ali və ümumbəşəri dəyər olduğu üçün beynəlxalq təşkilatlar, habelə beynəlxalq ictimaiyyət rəsmi İrəvanını sülhə çağırmalıdır.

Məlum hadisədən sonra Ermənistanın baş naziri Nikol Paşiyanın Rusiya, ABŞ və Fransa rəsmiləri ilə hadisəyə dair telefon danışığı olub. O, BMT Təhlükəsizlik Şurasına və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına da müraciət edib. Amma istədiyi cavabı almayıb.

44 Günlük Vətən müharibəsinə son qoyan üçtərəfli bəyənatdan sonra Ermənistanın nümayiş etdirdiyi mövqe öz ziddiyyətləri ilə diqqəti cəlb edirdi. Qarşılıqlı öhdəliklərdən yayınmaqla müzakirələri ləngitməsi tarixi erməni xislətinin birmənalı ifadəsi kimi qiymətləndirilməlidir. Məğlubiyyətlə bitirdiyi müharibənin nəticələri ilə üzləşə bilməyən rəsmi İrəvan aldadıcı manevrlərlə Cənubi Qafqazda formalaşan yeni düzənə qarşı son çırpınışlarını ortaya qoyur. Tarixin müxtəlif səhnələrində ermənilərin nümayiş etdirdiyi saxtakarlıq və ikiüzlülük bugündə öz çılpaqlığı ilə dünya dövlətlərinin diqqət mərkəzindədir. Rəsmi İrəvanın revanşist siyasəti manipulyasiya alətidir. Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir. Ermənistan belə davam edərək özünü düşdüyü məğlubiyyətin içindən çıxarmağa ümidli olsa da, bu sadəcə onun xülyası olaraq qalacaq. Ermənistanın revanşist siyasəti bütün region üçün təhdid yaradır. Ermənistanın nümayiş etdirdiyi bu mövqeyinə qarşı beynəlxalq təşkilatlar öz qəti duruşunu göstərməlidir. “Sülh” ali və ümumbəşəri dəyər olduğu üçün beynəlxalq təşkilatlar, habelə beynəlxalq ictimaiyyət rəsmi İrəvanını sülhə çağırmalıdır. Ermənistanın təxribatları və revanşist cəhdləri beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılmalı, habelə rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunmalıdır.

Rəsmi İrəvanın təxribatları regionda yeni münaqişə və terror aktlarının ehtimalını artırır. Regionda sülhün bərqərar olunması ehtimalına təhdid yaradan bütün təxribatlar dünyada münaqişə ocaqlarının sayının artırılmasına xidmət edir. Regionda sülhün gətirəcəyi bütün yeniliklərin üzərinə qara kölgə kimi örtülür.

Ermənistan məğlub olduğu 44 günlük müharibənin stresini üstündən ata bilmir, Paşinyanın imzaladığı 10 noyabr bəyanatı kobud şəkildə pozulur, Qarabağdan erməni əsgərləri çıxarılmır və davamlı olaraq təxribatlar baş verir. Bütün bunlara Azərbaycan da hüquqauyğun və adekvat formada cavab verir. Baş verən budur və heç kimin Azərbaycanı ittiham etməyə haqqı yoxdur”.

 

Nicat Əhmədzadə

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki