image-qanunla-reklam
image-1692778139_20211019_gaf_rk39_026-pic_32ratio_900x600-900x600-34745

Stalinin evi hərraca çıxarılır

image-lady-day-az

Sovet lideri İosif Stalinin 1930-cu illərin əvvəllərində yaşadığı Moskva vilayətinin Mıtişi rayonundakı Lipki malikanəsi hərracda satılacaq.  

“Qanunla.az” xəbər verir ki, bu barədə “RİA Novosti” dövlət şirkətinə istinadən xəbər verir.

Hərracın 2023-cü ilin dördüncü rübündə keçirilməsi planlaşdırılır. Malikanə cökə parkı ilə əhatə olunmuş binalar kompleksindən ibarətdir. Ərazinin ümumi sahəsi 38 hektardan çoxdur. Lotun ilkin qiyməti göstərilmir.

Mülk 1820-ci illərdə, tacir A.Alekseyev tərəfindən “Prilipka” adı ilə tikilib. O, Sovet İttifaqı dövründə milliləşdirilib və 1989-cu ilə qədər hökumət binası olub. İosif Stalin 1932-1934-cü illərdə bu binada yaşayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki