image-qanunla-reklam
image-eliyev-putin-1

Soçi görüşünün məqsədi budur – Putin

image-lady-day-az

Bugünkü görüşün məqsədi 2020 və 2021-ci illərdə əldə etdiyimiz bütün razılaşmaların icrasını təmin etməkdir.

Qanunla.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə Soçidə keçirdiyi görüşdə deyib.

“Siz dəfələrlə qeyd etmisiniz ki, Rusiya münaqişənin nizamlanmasında vacib rol oynayıb. Bu qiymətə görə mən sizə minnətdaram. Hazırda sülhməramlı kontingentimiz öz missiyasını yerinə yetirir. Bu gün əlbəttə ki, mövcud vəziyyətlə bağlı danışmaq lazım olacaq, həll olunmayan məsələlərin həll yollarını axtarmaq gərək olacaq. Bununla əlaqədar, bizim tərəfimizdən yaradılan üçtərəfli işçi qrupu qeyd etmək istərdim. Onlar bir çox məsələlərin həllində çox irəli gediblər. Görünür burda da əlavə impuls vermək lazım gələcək. Bilirəm ki, Azərbaycan tərəfi bu əsasda aktiv işləyir. Müzakirə edəcəyim məsələlərin dairəsi olduqca böyükdür. Sizi görməyə şadam”, – Putin qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki