image-qanunla-reklam
image-1677043513-elcin_ibadov

“SOCAR Türkiyə’’yə yeni rəhbər TƏYİN EDİLDİ

image-lady-day-az

“SOCAR Türkiyə’’nin Neft emalı və neft-kimya biznes vahidinin baş maliyyə direktoru (CFO) Elçin İbadova şirkətin baş direktoru vəzifəsi həvalə olunub.

SOCAR-dan “Qanunla.az”a verilən məlumata görə, Elçin İbadov Çikaqo İllinois Universitetindən məzun olduqdan sonra 2002-ci ildə Çikaqoda Dünya Ticarət Mərkəzində araşdırma mütəxəssisi olaraq əmək fəaliyyətinə başlayıb. 2003-cü ildən etibarən 11 il müddətində PwC şirkətində müxtəlif məsul vəzifələrdə çalışdıqdan sonra 2014-2019-cu illər arasında STAR Neft Emalı Zavodunda (NEZ) maliyyə direktoru və CFO vəzifələrində fəaliyyətini davam etdirib. 2019-cu ilin noyabr ayından etibarən “Petkim”də, həmçinin STAR NEZ, “Petkim”, “SOCAR Depolama” və “SOCAR Petrol Ticaret” şirkətlərini əhatə edən Neft emalı və neft-kimya biznes vahidində baş maliyyə direktoru vəzifəsini icra edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki