image-qanunla-reklam
image-f234abfe-3239-4c9b-a455-3ff28e7d1c8b

SOCAR “Azəriqaz” İB-nin Zaqatala RQİİ ilin ən yaxşı müəssisələri sırasında

image-lady-day-az

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” devizi ilə 2022-ci ildə keçirilən respublika müsabiqəsinin nəticələrini açıqlayıb.

Qanunla.Az xəbər verir ki, qeyd edilən nominasiya üzrə SOCAR “Azəriqaz” İB-nin Zaqatala RQİİ qaliblər sırasında yer alıb. Bu münasibətlə AHİK tərəfindən Zaqatala RQİİ-nin kollektivi mükafatlandırılıb.
Qeyd edək ki, qeyd edilən nominasiya üzrə müsabiqədə 22 min müəssisə və təşkilat iştirak edib. Bunlardan 48-i qalib gəlib. Qaliblər sırasında SOCAR “Azəriqaz” İB-nin Zaqatala RQİİ 1-ci yerə layiq görülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki