image-qanunla-reklam
image-1664775022_-pic_32ratio_900x600-900x600-76407

Sobçak barəsində cinayət işi açıla bilər

image-lady-day-az

Məşhur rusiyalı jurnalist Kseniya Sobçak barəsində cinayət işi açıla bilər. 

“Qanunla.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, jurnalist Rusiya hökuməti haqqında saxta məlumatların yayılmasına görə ittiham olunur.

Bundan əvvəl Sobçak böhtan işi üzrə şahid qismində polisə çağırılıb. Səbəb rejissor Vitali Manski və Sobçakla müsahibə zamanı verdiyi açıqlamada, o, “Moskva Beynəlxalq Festivalında büdcənin ən azı 85%-nin oğurlandığını” bildirməsi olub”.

Daha sonra Rusiya Daxili İşlər Nazirliyi Manskini cinayət maddəsi ilə federal axtarışa verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki