image-qanunla-reklam
image-1673932858_63bfe43ead23763bfe43ead238167352019063bfe43ead23363bfe43ead235

Siyasi partiyanın bütün xalqın adından danışmaq və bütün xalqın adından müraciət etmək hüququ olmayacaq

image-lady-day-az

Siyasi partiyanın bütün xalqın adından danışmaq və bütün xalqın adından müraciət etmək hüququ olmayacaq

Azərbaycan Respublikasında qəbul olunmuş “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsi sosial şəbəkələrdə də geniş şəkildə müzakirə olunub, bir çox statuslar yazılıb, rəylər bildirilib, yalnız radikal müxalifət nümayəndələri aqressiv, dağıdıcı, düşmən münasibəti ortaya qoyublar. Heç şübhəsiz ki, radikal müxalifət nümayəndələri ölkəmiz üçün müsbət xarakter daşıyan bütün tendensiyalarda “beşinci kolon” rolunu oynayıb, süni ictimai narazılıq mühiti formalaşdırmağa cəhdlər edib. “Siyasi partiyalar haqqında” Qanun layihəsi ilə bağlı cəmiyyətin ictimai-siyasi kəsiminin müsbət rəyinə baxmayaraq, radikallar bu dəfə də yalnız qaralama, ləkələmə metoduna üstünlük veriblər. Bu da səbəbsiz deyil. Çünki “Siyasi partiyalar haqqında” yeni Qanunun tələblərinə görə radikal müxalifət nümayəndələri partiya olaraq özlərini təsdiq edə bilməyəcəklər. Çünki onlar vərdişlərindən çəkinmək iradəsinə malik deyillər.

“Siyasi partiyalar haqqında” yeni Qanunda göstərilir ki, siyasi partiyalar hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanılması, kütləvi iğtişaşlara, terrorçuluğa açıq çağırışlar edə bilməz. Lakin hər kəs bilir ki, AXCP adlı radikal müxalifət yuvası hər gün bu cür çağırışlar edir. Yaxud da ki, siyasi partiyalar qanunun tələbinə uyğun olaraq 5000 üzv sayını təmin etməlidir. Bu məsələdə də görürük ki, radikal müxalifət ümidsizdir. Çünki zamanında onların hansısa qrant mənbələri hesabına təşkil etdikləri aksiyalara ən çoxu 500-1000 adam gələrdi. Demək ki, radikal müxalifət reyestr üçün tələb olunan sayı da təmin etmək gücündə deyil. Yeni qanunla siyasi partiyaların fəaliyyəti əsasən seçkilərdə iştirakla bağlı olacaq. Hər dəfə “boykot”la canını seçkilərdə biabır olmaqdan xilas etmiş radikal müxalifət sonunun necə olacağı maraq doğurur. “Siyasi partiyalar haqqında” yeni Qanun beynəlxalq standartlara cavab verir, siyasi partiyaların şəffaf və təkmilləşdirilmiş formada həyata keçirməsinə əlverişli şərait yaradır. Bu qanun həm də ölkənin siyasi sistemini təkmilləşdirməklə yanaşı onu xarici təsirlərdən qoruyur, aqressiv, dağıdıcı, radikallar elementlərin formalaşan siyasi konfiqurasiyaya müdaxiləsinə imkan vermir.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki