image-qanunla-reklam
image-1658992495_uh

“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbulunun zərurəti

image-lady-day-az

Ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar bütün sahələrdə özünün müsbət nəticəsini göstərir. Bu mənzərə müstəqilliyimizin ilk illərində qəbul edilmiş, bu gün müasir tələblərə cavab verməyən qanunvericilik aktlarında da özünü açıq şəkildə büruzə verir. Artıq ölkəmiz çox inkişaf etmişdir. Bu səbəbdən əvvəlki illərdə qəbul edilmiş qanunların təkmilləşdirilməsinə ehtiyac vardır. Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni Qanunun verilməsinə ciddi ehtiyac vardır.

Artıq yeni inkişaf mərhələsinə qədəm qoymuş ölkəmizdə “Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsini təqdirəlayiq haldır. Qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl – 1992-ci ildə qəbul edilmişdir. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir.

Mətbuatdan əldə etdiyimiz məlumatlarda şahidi oluruq ki, yeni qanun layihəsinin hazırlanması zamanı Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət”, Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi “Ukraynanın Siyasi partiyalar haqqında Qanununun layihəsinə dair birgə rəy”, inkişaf etmiş 24 ölkənin təcrübəsi, ölkədə fəaliyyət göstərən siyasi partiyalardan 47-sinin Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif, o cümlədən parlamentdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif nəzərə alınıb.

Yeni qanunda bir sıra diqqət çəkən məqamlar vardır. Artıq qanunun qəbulundan sonra hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malik olacaqdır. Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə və dövlət tərəfindən siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat veriləcəkdir.

Kəmalə Əliyeva – Zərdab rayon Qaravəlli kənd tam orta məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki