image-qanunla-reklam
image-1666687162-shirvan_251022_1

Şirvanda silsilə oğurluqlar törədən şəxs tutuldu

image-lady-day-az

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Nəcəfov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan  Qanunla.az-a verilən məlumata görə, dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməllərini etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, O.Nəcəfovun müxtəlif vaxtlarda Kür çayının Şirvan şəhəri ərazisindən keçən hissəsində quraşdırılmış 2 ədəd su nasosunun hissələrini, şəhər ərazisində yerləşən mehmanxanaların birindən 4 ədəd alüminium qapı və plastik borular, 2 evdən ümumilikdə 3 qapı və plastik pəncərə, eləcə də bir mağazadan tütün məmulatları oğurlayaraq zərərçəkmişlərə maddi ziyan vurub.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki