image-qanunla-reklam
image-1664004691_632eb19e9d598632eb19e9d5991664004510632eb19e9d596632eb19e9d597

Şirvanda evlərdən oğurluq edən şəxs həbs olundu

image-lady-day-az

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində gecə saatlarında şəhər ərazisində yerləşən üç fərdi yaşayış evindən oğurluq etməkdə şübhəli bilinən Sabirabad rayon sakini Elmar Həsənov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Qanunla.az-a verilən məlumata görə, dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməllərini etiraf edərək qanunsuz daxil olduğu evlərdən pul və qızıl zinət əşyaları oğurladığını bildirib.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanılıb, E.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib. Onun digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki