image-qanunla-reklam
image-1663829432-ap21349139965440-1

Şimali Koreyadan Rusiyaya silah tədarükü xəbəri ilə bağlı açıqlama

image-lady-day-az

Şimali Koreya Rusiyaya heç vaxt silah tədarük etmədiyini və bunu etmək niyyətində olmadığını deyib.

“Qanunla.az” xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi  adı açıqlanmayan müdafiə rəsmisinə istinadən məlumat yayıb.

“ABŞ və digər düşmən qüvvələr Pxenyan və Moskva arasında silah sövdələşmələri haqqında şayiə yayır. Biz ABŞ-ı bu cür anti-KXDR ritorikasını yaymaqda qətiyyətlə qınayırıq və sərt şəkildə xəbərdar edirik”, – açıqlamada bildirilib.

“Biz əvvəllər heç vaxt Rusiyaya silah və ya sursat ixrac etməmişik və ixrac etməyi planlaşdırmırıq”, – deyə nazirlik rəsmisi əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki