image-qanunla-reklam
image-1693638246-1690001297

Şimali Koreya bir neçə raket buraxdı

image-lady-day-az

Şimali Koreya Sarı dəniz istiqamətində bir neçə qanadlı raket buraxıb.

“Qanunla.az” xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Birləşmiş Komitəsi məlumat yayıb.

Məlumatda Cənubi Koreya hərbçilərin monitorinqi aktivləşdirdiyi və ayıqlığı gücləndirdiyi, ABŞ ilə sıx əməkdaşlıqda tam hazırlıq vəziyyətini qoruyub saxladıqları deyilir.

Şimali Koreyanın bu fəaliyyəti Cənubi Koreya ilə ABŞ tərəfindən birgə həyata keçirilən “Ulchi Freedom Shield” təliminə qarşı cavab tədbiri olaraq qiymətləndirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki