image-qanunla-reklam
image-img-20230331-wa0056

“Səyyar qəbul otağı” həftənin son iş günü Zaqatalada quruldu-FOTO

image-lady-day-az

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin başlatdığı “Açıq mikrofon” aksiyası həftənin son iş günü Zaqatala rayonunda təşkil olunub.

Qanunla.Az xəbər verir ki, aksiyaya üz tutan Məhəmməd Cabbarov Yuxarı Çardaxlar kəndinin, Gülbəniz Heydərova Qımır kəndinin, İlham Xanməmmədov isə Şimal-qərb massivinin qazlaşdırılması ilə bağlı müraciət ediblər. Eyvaz İsmayılov isə əvvəlcədən ödənişli (smart-kart tipli) qaz sayğacının sonradan ödənişli (mexaniki tipli) qaz sayğacı ilə əvəz edilməsini xahiş edib. Muxax kənd sakini Akif Əliyevin müraciəti isə obyektin qazlaşdırılması ilə bağlı olub. Aksiyaya üz tutan hər bir vətəndaşa qaz təsərrüfatına dair üzləşdikləri çətinlikləri səsləndirmələri üçün lazımi şərait yaradılıb. Ünvanlanan suallar SOCAR “Azəriqaz” İB-nin məsul şəxsləri tərəfindən cavablandırılıb, sakinlərə ətraflı məlumat verilib.

image-img-20230331-wa0056 image-img-20230331-wa0058 image-img-20230331-wa0057


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki