image-qanunla-reklam
image-1672951562_1672950881_95fttoexiwiczbfh9dhi4dqelbwyldj3r1h73dd8

Səudiyyəli qadınlar ilk dəfə olaraq Həcc ziyarətinə kişilərsiz gedə biləcəklər

image-lady-day-az

Səudiyyə Ərəbistanında ilk dəfə olaraq qadınlar Həcc ziyarətinə məhrəm sayılan kişinin müşayiəti olmadan gedə biləcəklər.

“Qanunla.az” xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin bəyanatında deyilir.

Bildirilir ki, qadınların Həcc və Ümrə ziyarəti üçün təqdim etdikləri elektron formaya müşayiət edən şəxs (ər, qardaş, ata və ya oğul) əlavə edilir. Bununla belə, o da qeyd olunur ki, bu şəxslərin əlavə edilməsi sərbəst xarakteri daşıyır və anketi dolduran qadının öz ixtiyarındadır.

Eyni zamanda vurğulanır ki, müşayiətsiz halda müsəlman qadın həcc ziyarətinə qadın qrupunun tərkibində getməlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki