image-qanunla-reklam
image-zahir-abbasov

Sərvətlərimizi talamağa imkan verməyəcəyik

image-lady-day-az

Sərvətlərimizi talamağa imkan verməyəcəyik

Dünyanın ən hiyləgər milləti olan ermənilər öz çirkin məqsədlərinə çatmaları üçün bütün iyrənc vasitələrdən istifadə etməyi özlərinə vasitə seçiblər. Vaxtilə işğal edib xarabazarlığa çevirdikləri ərazilərimizdə yeraltı və yerüstü sərvətlərimizi talan edərək, xarici şirkətlərlə əlbir olub qızıl yataqlarımızı müştərək şəkildə qanunsuz istismar etmələri haqqında kifayət qədər əsaslı faktlar mövcuddur. Ermənistanın Azərbaycana qarşı ekoloji terroru bu gün də davam etməkdədir. Belə ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarında faydalı qazıntı yataqlarının qanunsuz istismarı ciddi ekoloji fəsadlar törətməkdədir.

Bu gün Qarabağda, Xankəndidə baş verən özbaşınalıqlar vətəndaşlarımızın haqlı narazılığına səbəb olmuşdur. Vətəndaş cəmiyyətinin, QHT-lərin yüzlərlə üzvü, gənc fəallar, jurnalistlər neçə gündür ki, qarlı-şaxtalı havada Qarabağa yollanaraq Xankəndiyə gedən yolun üstündə fasiləsiz olaraq dinc etiraz aksiyası keçirirlər. Vətəndaş cəmiyyətimizin nümayəndələri azərbaycanlı mütəxəssislərin ölkəmizin yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edir, Azərbaycanın sərvətlərinin talanmasına, ekologiyasına qarşı soyqırımı həyata keçirilməsinə son qoyulmasını tələb edirlər. Hər ötən gün sayları durmadan artan aksiya iştirakçıları tələbləri yerinə yetirilməyənə qədər mübarizələrini dayandırmaq fikrində deyillər.

Vətənin səsinə hay verən bütün ictimaiyyət nümayəndələrimiz, xüsusilə də gənclərimiz vətəndaşlıq borclarını yerinə yetirmək üçün Şuşa-Laçın yolunda keçirilən aksiyaya qoşulublar. Milli mənafelərimizin müdafiəsinə qalxan gənclərimiz separatçı rejimin Azərbaycan ərazilərində talançılıqla, ekoloji terrorla məşğul olmasının qarşısını almaq üçün haqq səsini ucaldır, ədalət təmin olunmayana qədər aksiyanı tərk etmək niyyətində olmadıqlarını bildirirlər.

Vətəndaş cəmiyyətinin nümayəndələri həmçinin beynəlxalq ictimaiyyəti də Ermənistanın qanunsuz əməllərinə biganə olmamağa, mənfurların Azərbaycan təbiətinə, ekologiyasına qarşı həyata keçirdikləri soyqırımlarına, xalqımıza qarşı törətdikləri mina terroruna son qoymaq üçün onlara təzyiq göstərməyə çağırırlar. İnsan da təbiətin bir parçasıdır və ermənilərin 30 il müddətində işğal altında saxladıqları ərazilərimizi mina tarlasına çevirərək insanlarımızın həyatına qəsd etmələri ən böyük cinayətdir. Amma Ermənistan unudur ki, Azərbaycana qarşı həyata keçirdiyi bütün cinayət əməllərinə görə beynəlxalq hüquq müstəvisində, ədalət məhkəməsi qarşısında cavab verməyə, o cümlədən təbii sərvətlərimizi taladığına, ekologiyamızı məhv etdiyinə görə vurduğu zərərin təzminatını ödəməyə məcbur ediləcək.

Bu gün Azərbaycan xalqının qəlbi Şuşa-Laçın yolunda haqq işimiz uğrunda mübarizə aparan bacı-qardaşlarımızla birgə döyünür. Xalqımızın ümumi etirazının ifadəçiləri ilə, könüllərində vətən sevgisi daşıyan gənclərimizlə, ictimaiyyət nümayəndələrimizlə qürur duyuruq. Və lazım gələrsə, hər birimiz vətəndaşlıq borcumuzu yerinə yetirmək üçün eko-fəallarımızın aksiyasına qoşulmağa hazırıq. Heç şübhəsiz, bu vətəndaş həmrəyliyi, birliyi bizi bütün tələblərimizin yerinə yetirildiyi qələbəyə daşıyacaq. Necə ki, haqq uğrunda çıxdığımız Vətən savaşında belə oldu. İndi Azərbaycan xalqının arxasında dağ kimi dayanan müstəqil və qüdrətli dövləti var, onu daim qələbə zirvələrinə ucaldan İlham Əliyev kimi qətiyyətli lideri var. İndi və əbədiyyətə qədər bir daha mənfur düşmən Azərbaycan xalqının haqq və hüquqlarını tapdamağa cürət edə bilməyəcək.

Zahir Abbasov,

Salyan rayon Qarabağlı bələdiyyəsinin sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki