image-qanunla-reklam
image-17b0fe4d-b8e0-3c55-bc33-2ff1a679373b_850

Sərhədlərin delimitasiyasına razılıq əldə olunub

image-lady-day-az

Parlaq Qələbəmizlə başa çatan Vətən müharibəsindən sonra qalib Azərbaycan dəfələrlə sərhədlərin delimitasiyası və demarkasiyası məsələsinin vacibliyini vurğulayıb. Həmçinin bu məqam Ermənistana təklif olunan beş maddəlik prinsipdə də öz əksini tapıb. Odur ki, görüşdə sərhədlərin delimitasiyası üzrə komissiyanın iclasının tezliklə keçirilməsi məsələsində də razılığın əldə olunması ölkəmizin maraqlarına tamamilə uyğundur. Dövlətimizin başçısının peşəkarlığı, dönməz siyasi iradəsi, dəyişməz mövqeyi sayəsində Azərbaycan bu nailiyyətə imza atdı. Prezident cənab İlham Əliyev 2 hissədən ibarət və beş saatdan artıq davam edən gərgin Praqa görüşündə ölkəmizin maraqlarını şərəflə təmin etdi. Sübut etdi ki, heç bir ermənipərəst qüvvə Azərbaycana təzyiq göstərə bilməz.

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı -Ehtiram Osmanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki