image-qanunla-reklam
image-1663055439-1653892481

“Sərhəddəki vəziyyətlə bağlı KTMT-nin iclası keçirilir” – Paşinyan

image-lady-day-az

Sərhəddə gərginlik başlanan andan Təhlükəsizlik Şurasının üzvləri mənim yanıma dəvət olundu, Təhlükəsizlik Şurasının iclası oldu, müzakirələr, məsləhətləşmələr oldu, iclas səhərə qədər davam etdi. 

“Qanunla.az” xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün parlamentdə çıxışı zamanı bildirib.

“Nəticədə biz KTMT-yə müraciət etmək qərarına gəldik, həmin müraciətlə bağlı KTMT Daimi Şurasının iclası keçirilir. Biz 1997-ci ildə imzalanmış Dostluq və Qarşılıqlı Yardım Müqaviləsi əsasında Rusiya Federasiyasına da müraciət etmişik. Biz BMT Təhlükəsizlik Şurasına müraciət etmək qərarına gəldik ki, vəziyyət təcili olaraq müzakirə olunsun. Gecə Rusiya prezidenti, Fransa prezidenti, İran prezidenti, ABŞ dövlət katibi, Aİ Şurasının sədri Şarl Mişel ilə telefon danışıqlarım oldu”, – Paşinyan vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki