image-qanunla-reklam
image-img-20230525-wa0028

Şəmkir və Gədəbəy rayonlarında qazlaşma işləri yerində yoxlanılıb, bir qrup Birlik əməkdaşı təltif olunub

image-lady-day-az

Bölgələrdə həyata keçirilən qazlaşdırılma işlərinin yerində yoxlanılması və əməkdaşların iş şəraiti ilə tanışlıq prosesi davam edir.

Qanunla.Az xəbər verir ki, bu məqsədlə baş direktorun müavini Ceyhun Şıxəliyev ilk olaraq Şəmkir rayonunun Aşağı Seyfəli kəndində olub. Qurum rəsmisinə görülən işlərlə bağlı ətraflı məlumat verilib. Daha sonra ərazidə çalışan bir qrup Birlik əməkdaşı SOCAR “Azəriqaz” İB-də faydalı işinə, nümunəvi əmək fəaliyyətinə görə Fəxri Fərman və hədiyyə ilə mükafatlandırılıb.

Aşağı Seyfəli kəndindən sonra növbəti səfər Gədəbəy rayonunun ucqar ərazidə yerləşən Qoşabulaq kəndinə olub. Ceyhun Şıxəliyev bu ünvanda da görülən işlərlə yaxından tanış olub, hər bir əməkdaşın iş şəraiti, mövcud vəziyyəti ilə maraqlanıb. İşlərlə tanışlıqdan sonra baş direktorun müavini bir qrup əməkdaşı Fəxri Fərman və hədiyyə ilə mükafatlandırıb, Birlik əməkdaşlarına təşəkkür edərək onlara işlərində uğurlar arzulayıb.

Daha ətraflı video-materialda


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki