image-qanunla-reklam
image-307068423_648500909963024_155692112101352675_n

Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın yeni mərhələsi başlayır

image-lady-day-az

Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın yeni mərhələsi başlayır

 Bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əməkdaşlıq əlaqələri quran Azərbaycan dünya birliyinin fəal üzvü kimi hər bir məsələdə söz sahibliyini, sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqləyir. Dövlət başçısı İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə fəxri qonaq kimi qatılması və bu tribunadan Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması da deyilənlərin təsdiqidir.  Prezident İlham Əliyev təşkilatın Səmərqənd Sammitində  hazırkı dövrün əsas çağırışlarını,  vacib mesajları səsləndirərək  Azərbaycanın yeni dövrün tələbləri ilə bağlı mövqeyini açıqladı. Sözügedən Sammitin yekununda qəbul edilən  Bəyannamədə  regional sabitliyin, təhlükəsizliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi, nəqliyyat əlaqələrinin gücləndirilməsi kimi məsələlər öz  əksini tapıb. Azərbaycanın dünyaya nümunə olan inkişaf modeli ölkəmizin qlobal məsələlərin həllinə öz töhfələrini verməsində əhəmiyyətli rol oynayır. Nəzərə alaq ki, son iki ilə yaxın dövrün əsas məsələlərindən biri tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanmasıdır. Prezident İlham Əliyev Səmərqənd Sammitindəki çıxışında bu məsələlərə xüsusi diqqət göstərdi.

Qurum çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi Azərbaycanın  maraqlarına uyğundur. Qeyd etdiyimiz kimi tarixi Zəfərimizin  yaratdığı  yeni reallıqlar əməkdaşlıq üçün yeni imkanlar açır. Belə ki, Zəngəzur dəhlizinin açılması böyük perspektivlər vəd edir. Dövlət başçısı İlham Əliyev Sammitdəki çıxışında bildirdi ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaq.

Bu reallıq inkaredilməzdir ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verir. Statistik rəqəmlər də bunun təsdiqidir. Hazırda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb.

 

Nailə Əliyeva – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki