image-qanunla-reklam
image-1656937356-qar

Şahdağ, Xınalıq və Qrıza qar yağıb – FAKTİKİ HAVA

image-lady-day-az

Mayın 3-ü saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış, dağlıq rayonlarda qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qanunla.az”a verilən məlumata görə, qar örtüyünün hündürlüyü Şahdağda 8, Xınalıqda 6, Qrızda 3 sm olub.

Qeyd olunub ki, ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti mayın 4-ü axşamadək davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki