image-qanunla-reklam
image-1671779185-7fbb1dde-1d22-3105-b5fd-4de8154ff738_850

Sabirabadda eşşək əti satmaq istədi

image-lady-day-az

Sabirabad rayonunda 8 baş kəsilmiş və dərisi soyulmuş uzunqulaq əti aşkar olunub.

Bu barədə Qanunla.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbir nəticəsində Yaxadəllək kənd sakini Tahir Məstəliyevə məxsus həyətyanı sahəyə və yardımçı təsərrüfata keçirilən baxış zamanı oradan 8 baş kəsilmiş və dərisi soyulmuş uzunqulaq əti aşkar olunaraq götürülüb.

Araşdırmalarla T.Məstəliyevin həmin heyvanları dağ keçisi adı ilə satmaq məqsədilə kəsməsi müəyyən olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki