image-qanunla-reklam
image-1619858551-baki-yagis-25ca1de3ec81df_5d84996f76388

Sabaha olan hava PROQNOZU

image-lady-day-az

Sabah Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “Qanunla.az”a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər Böyük Qafqazın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki