image-qanunla-reklam
image-1665589362_3528723_810x458

“Sabah Ərdoğan rəsmi olaraq Ukrayna üçün vasitəçilik təklif edə bilər” – Yuri Uşakov

image-lady-day-az

“Sabah baş tutacaq Ərdoğan-Putin görüşü zamanı prezident Ərdoğan rəsmi olaraq Ukrayna probleminin həlli üçün vasitəçilik təklif edə bilər”.

Qanunla.Az xəbər verir ki, bunu Kremlin müşaviri Yuri Uşakov bildirib. O,  ABŞ prezidenti Co Bayden ilə Rusiya prezidenti Vladimir Putin arasında görüş ehtimalı ilə bağlı açıqlama verərkən  “Bu mövzuda hər iki tərəfdən heç bir addım atılmadı” deyib. Kremlin müşaviri Yuri Uşakov bildirib ki, Türkiyə prezidenti Ərdoğan Putinə Rusiya ilə Ukrayna arasında vasitəçilik etməyi rəsmi təklif edə bilər.

“Mətbuatda Türkiyə tərəfinin bu məsələ ilə bağlı müəyyən fikir irəli sürdüyü barədə məlumatlar var. Ona görə də bizi çox maraqlı və faydalı görüş gözləyir. Ərdoğan rəsmən nəsə təklif edə bilər”, – Uşakov bildirib.

Kremlin müşaviri Yuri Uşakov ABŞ prezidenti Co Baydenlə Rusiya prezidenti Vladimir Putin arasında görüş ehtimalını şərh edərkən, “Hər iki tərəfdən bu məsələ ilə bağlı heç bir addım atılmayıb” deyib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Baydenlə mümkün görüşün əleyhinə olmadıqlarını və qarşı tərəfdən təklif gələrsə, G20-də görüş ehtimalının qiymətləndiriləcəyini bildirib.

Rusiya kanalına açıqlama verən Lavrov, sülh prosesinə kömək edəcək hər cür təklifə açıq olduqlarını ifadə edərək, “Bütün təklifləri dinləməyə açığıq, lakin prosesin bizi hara aparacağını əvvəlcədən deyə bilmərik. .”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki