image-qanunla-reklam
image-saaka_varshava

Saakaşvili Ukraynaya ekstradisiya oluna bilərmi?

image-lady-day-az

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili iki iş üzrə mühakimə olunub, qalan üç iş üzrə məhkəmə prosesləri davam edir. Buna görə də nəzəri olaraq, qarşı tərəfdən (Ukraynadan) rəsmi sorğunun alınacağını güman etsək belə, imtina üçün əsaslar var.

Qanunla.Az xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze Mixail Saakaşvilinin Ukrayna məhkəməsinə verilməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, konkret məsələ ilə bağlı Gürcüstan tərəfinə Ukraynadan rəsmi müraciət daxil olmayıb, lakin müraciət ediləcəyi təqdirdə belə, Tiflisin bundan imtina etmək hüququ var:

“Belə bir rəsmi müraciət olmayıb. Bu tip sorğu daxil olduqda, ölkədə konkret şəxsə qarşı cinayət işi aparıldığı üçün beynəlxalq müqavilələrdə və Gürcüstan qanunvericiliyində nəzərdə tutulmuş qaydada imtina etmək mümkündür. Buna görə də nəzəri olaraq, qarşı tərəfdən rəsmi sorğunun alınacağını güman etsək belə, imtina üçün əsaslar var”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki