image-qanunla-reklam
image-1662635397_20220530_zaf_bg3_095-pic_32ratio_900x600-900x600-62022

“Rusiyaya qarşı 11 min sanksiya Avropanı diz çökdürə bilər” – Orban

image-lady-day-az

Rusiyaya qarşı “11 min sanksiya”nın nəticələri onu zəiflətməyib, əksinə, Avropanı “diz çökdürə”cək qədər gücləndirib. 

Qanunla.Az  xəbər verir ki,  bunu Macarıstanın Baş naziri Viktor Orban yerli KİV-lərdən birinə müsahibəsində deyib.

Orbanın sözlərinə görə, hazırda Rusiyaya qarşı “11 min sanksiya” qüvvədədir, lakin onların səmərəsiz olduğu sübuta yetirilib.

“Əksinə, sanksiyaların səbəb olduğu ağır inflyasiya və enerji çatışmazlığı Avropanı diz çökdürə bilər”, – deyə o bildirib.

Bundan əvvəl Bundestaqın Enerji və İqlim Komitəsinin rəhbəri Klaus Ernst bildirib ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Almaniyada qiymət artımına səbəb olub və Almaniya iqtisadiyyatı və ölkə vətəndaşları üçün mənfi nəticələrə gətirib çıxarıb.

Fevralın 24-də Rusiya prezidenti Vladimir Putin LXR və DXR rəhbərlərinin yardım xahişinə cavab olaraq Donbası qorumaq üçün hərbi xüsusi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.

Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki