image-qanunla-reklam
image-1661500300_630_360_1661499821-190

Rusiyanın tankeri Çanaqqala boğazında qəzaya uğradı

image-lady-day-az

Rusiyadan Yunanıstana gedən tanker və kiçik motorlu qayıq Türkiyənin Burhanlı bölgəsində Çanaqqala boğazında toqquşub.

Qanunla.az xəbər verir ki, bu barədə  İNA agentliyi məlumat yayıb.

“Qəza axşam saat 21:00 radələrində (25 avqust – red.) güclü yağış zamanı baş verib. Rusiyadan Yunanıstana gedən 140 metr uzunluğundakı Karakuz tankeri üzərində 2 nəfərin olduğu qayıqla toqquşub”, – nəşr yazır.

Çanaqqala Gəmi Trafik Xidməti hadisə yerinə bir yedək gəmisi və bir qayıq göndərib.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki