image-qanunla-reklam
image-1664350060_photo_168820

“Rusiyanın keçirdiyi referendumlar saxtadır” – AÇIQLAMA

image-lady-day-az

“Ukraynanın DXR, LXR, Zaporojye və Xerson vilayətlərində keçirilən referendumun nəticələri  qəbuledilməzdir. Bu, qeyri-qanuni keçirilən rəy sorğusudur”.  

Bunu “Qanunla.az”a açıqlamasında  politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə,  Rusiya tərəfindən Ukraynanın işğal edilmiş ərazilərində keçirilən referendum saxtadır:

“Əhalisinin böyük hissəsinin qaçıb-getmiş, müharibə şəraitində yerli əhalinin də iştirak edib-etməməsi haqqında düzgün məlumatlar verilmədiyinə görə, bütövlükdə bu saxta bir refendumdur.  Təbii ki, bunu  dünya ölkələri tanımayacaq və bunu tanımağa heç kimin haqqı yoxdur.  Müstəqil dövlətin ərazilərini işğal elə və  orada da saxta refendum keçir. Daha sonra həmin ərazilərin Rusiyaya birləşdirilməsi və Rusiya  torpağı olması haqqında ikiüzlü bəyanat ver. Bu, riyakarlıqdır,  biabrçılıqdır. Bu isə dünya ictimai rəyinə meydan oxumaqdır.  Biz özümüzdə separatizmdən, müharibədən əziyyət çəkmiş ölkəyik.  İşğal yolu ilə həyata keçirilən və separatizmdə müşayiət olunan saxta, yalançı, riyakar siyasi aksiyanı qətiyyən tanıya bilmərik”.

Q. Hüseynli həmçinin DXR, LXR, Zaporojye və Xerson vilayətlərinin Krım Federal Dairəsinə birləşdirilməsinə münasibət bildirib.

“Rusiyanın tərkibində federal qurum yaranır. Oraya da Putinin sərəncamı ilə başçı təyin olunur. Bu da saxtakarlıqdır. İşğala,  təcavüzə  məruz qalmış torpaqları  öz üzərinə  qatırsan və onlardan ibarət federal dövlətmi, dairəmi yaradırsan?! Dünya işğalçılıq tarixində bu misli görünməmiş bir hadisədir. Bunların hər biri uzunömürülü deyil. Uzağı,  bu ilin sonlarına yaxın  və ya  gəlin ilin ortalarına kimi  bu kağız üzərində qurulmuş dövlətlər yenidən öz doğma yerlərinə, Ukraynaya qayıdacaq.  Rusiyanın hərbi cinayətləri Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən özünün lazimli hərbi hüquqi və siyasi qiymətini alacaq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki