image-qanunla-reklam
image-1661489724_zelenskiy-reuters_16_9_1661488254

“Rusiyanın hazırkı rejimi ilə danışıqlara hazır deyilik” – Zelenski

image-lady-day-az

“Ukrayna ilə Rusiya arasında sülh danışıqlarına doğru ilk addım işğalçı qoşunların ərazimizdən çıxarılması olmalıdır”.

“Qanunla.az” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Yale Universitetinin tələbələri və professor-müəllim heyətinin nümayəndələri ilə söhbəti zamanı deyib.

Onun sözlərinə görə, Ukrayna Rusiyanın hazırkı rejimi ilə danışıqlara hazır deyil:

“Bu, ilk növbədə, Rusiya hərbçilərinin ərazimizdə olması ilə bağlıdır. Beləliklə, ilk addım onların ərazimizdən çıxması olmalıdır”.

Zelenski bildirib ki, qarşı tərəf könüllü olaraq Ukrayna ərazisini tərk edərsə, diplomatiya üçün daha rahat keçid olar: “Rusların hansı yolu seçdikləri onların hərbi-siyasi hakimiyyətindən asılıdır”.

Qeyd edək ki, daha əvvəl Zelenski Rusiyanın hazırkı hakimiyyəti ilə hansısa danışıqların aparılmayacağını bildirmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki