image-qanunla-reklam
image-1672951678_1672951323_charles_esas-2

“Rusiyanın atəşkəsi referendumlar kimi saxtadır” – Şarl Mişel

image-lady-day-az

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Rusiyanın atəşkəs qərarına inanmadığını bildirib.

Qanunla.Az xəbər verir ki, bu barədə o, özünün “Twitter” hesabında yazıb.

“Ortada bir təcavüzkar var: Kreml. Qurban var: Ukrayna xalqı. Rusiya qoşunlarının çıxarılması sülh və təhlükəsizliyə gətirib çıxaracaq yeganə ciddi qərardır. Birtərəfli atəşkəsin elan edilməsi qeyri-qanuni ilhaqlar və onları müşayiət edən referendumlar kimi saxta və ikiüzlülüdür”, – siyasətçi bildirib.

Xatırladaq ki, bu gün Prezident Vladimir Putin Rusiya müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib. Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki