image-qanunla-reklam
image-1665214714-thumbs_b_c_0c0e52b961312dbc3882e2d427b41c57

Rusiyadan Ukraynaya keçmək istəyən azərbaycanlılar ÖLDÜRÜLDÜ

image-lady-day-az

Ukrayna-Rusiya sərhədində azərbaycanlıların olduğu avtobus atəşə məruz qalıb.

“Qanunla.az” xəbər verir ki, bu barədə vəkil Aqil Layıc “Facebook” hesabında məlumat paylaşıb. O bildirib ki, içərisində çoxsaylı sərnişinlərin olduğu avtobus Xerson istiqamətində vurulub. Atəşin Rusiya Silahlı Qüvvələri mənsubları tərəfindən açıldığı qeyd edilib.

Hadisə nəticəsində avtobusdakı şəxslərin həlak olduğu bildirilib. Onların 4-ü Zərdab rayonunun Məmmədqasımlı kənd sakinləridir.

Məlumata görə, Rusiya-Ukrayna sərhədindən qarşı tərəfə keçmk istəyən şəxslər Rusiyadakı qismən səfərbərliklə əlaqədar bu ölkəni tərk etmək niyyətində olublar.

Hadisə barədə Azərbaycanda dövlət qurumları tərəfindən dəqiqləşdirmələr aparılır, ətraflı məlumat veriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki