image-qanunla-reklam
image-1664957476_15933a3e-1819-413f-add5-5cb718c4916c

Rusiyada vəzifəli şəxs rüşvət alarkən SAXLANILDI

image-lady-day-az

Rusiyada Krasnoyarsk diyarının polis rəisinin müavini, polkovnik-leytenant Mixail Privalixin 1,5 milyon rubl rüşvət alarkən FSB əməkdaşları tərəfindən saxlanılıb.

Qanunla.az xəbər verir ki,  bu  barədə “Mash” teleqram kanalı məlumat yayıb.

Bildirilir ki,  Mixail Privalixinin evinə axtarış aparılıb. Onun həyat yoldaşı da dindirilmək üçün şöbəyə aparılıb.

Bununla yanaşı, Privalixin 2017-ci ildə mütəşəkkil cinayətkar qrup yaratmaqda şübhəli bilinirdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki