image-qanunla-reklam
image-1666339846_depositphotos_4228265_xl-pic4_zoom-1500x1500-15468

Rusiyada səfərbər olunan 10 min əsgər geri qaytarıldı

image-lady-day-az

Rusiya Federasiyasında səfərbər olunan 10 minə yaxın əsgər bir sıra səbəblərə görə vətənə qaytarılıb.

Qanunla.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya  Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolov deyib.

“Bu günə qədər ölkə üzrə 10 minə yaxın insan müxtəlif səbəblərə görə geri qaytarılıb”, – Kartapolov bildirib.

Bildirək ki, sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərlik elan edib, həmin gün müvafiq fərman imzalanıb.

Həmçinin məlumat verilib ki, Rusiya şirkətləri səfərbərliyə başladıqdan sonra işçilərinin 10%-ə qədərini itiriblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki