image-qanunla-reklam
image-1668669223_62197445_605

Rusiyada “Novaya qazeta”nın fəaliyyəti dayandırıldı

image-lady-day-az

Rusiyada müxalif müstəqil media qurumu “Novaya qazeta”ya giriş qadağan edilib.

“Qanunla.az” xarici KİV-ə istinadən xəbər verir  ki, “Novaya qazeta”nın internet saytına giriş Rusiya təftiş qurumunun qərarı ilə dayandırılıb.

2021-ci ildə Nobel Sülh Mükafatını alan Dimitri Muratovun təsis etdiyi internet saytına iyulda Rusiyanın nəzarət agentliyi “Roskomnadzor” tərəfindən giriş qadağan edilib, sentyabrda isə media lisenziyası ləğv edilib.

Avtoritar rejimlərə qarşı mətbuat azadlığını müdafiə edən jurnalistlər Mariya Ressa və Dmitri Muratov keçən il Nobel Sülh Mükafatını qazanıblar.

Bildirilib ki, mükafat Ressa və Muratova “ifadə azadlığını qorumaq üçün göstərdikləri səylərə görə” verilib.

Muratov Rusiyada korrupsiya, insan haqlarının pozulması və vəzifə səlahiyyətlərindən sui-istifadə halları ilə bağlı araşdırmalar aparan müstəqil “Novaya qazeta” qəzetinin baş redaktoru kimi tanınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki