image-qanunla-reklam
image-1672213013-7558c9595e6566c9730dbb57f354d1094a421493

Rusiyada müəllim soyuqdan donaraq öldü

image-lady-day-az

Rusiyanın Perm diyarının Kunqur şəhərində müəllim soyuqdan donaraq ölüb. 

Qanunla.az xəbər verir ki, məlumatı Regional İstintaq Komitəsi Rusiya KİV-lərinə təsdiqləyib.

Liseyin bədən tərbiyəsi müəllimi restoranda keçirilən korporativ məclisdən sonra taksiyə minərək evinə gedib, lakin naməlum səbəbdən sürücü onu şəhərdən bir qədər aralıda düşürüb. O, təyinat yerindən təxminən iki-üç kilometr uzaqda ölü tapılıb.

İdarə qadın ölümünün cinayət xarakterli olmadığını vurğulayıb.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki