image-qanunla-reklam
image-molotov

Rusiyada hərbi komissarlığa “Molotov kokteyli” atıldı

image-lady-day-az

Naməlum şəxs Rusiyanın İrkutsk vilayətinin Bratsk şəhərində hərbi komissarlığın binasını yandırmağa cəhd edib.

Qanunla.Az xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.

“Gecə saatlarında mühafizəçi binada tüstülənmə aşkar edib və yanğınsöndürənləri çağırıb. Məlum olub ki, kimsə binanın birinci mərtəbəsinə “Molotov kokteyli” atıb”, – məlumatda qeyd olunub.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını almağa müvəffəq olublar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki