image-qanunla-reklam
image-1672031132_76_main

Rusiyada hərbi aerodromda partlayış – VİDEO

image-lady-day-az

Rusiyanın Engels şəhərində strateji hərbi aerodromda partlayış səsləri eşidilib.

Qanunla.Az xəbər verir ki, bu barədə Rusiyanın “Telegram” kanalları məlumat yayıb.

“Engels aerodromunda  həyəcan səsi eşidilir. Ondan əvvəl iki böyük partlayış səsləri eşidildi”,- mesajda deyilir.

Məlumata görə, Rusiyanın Ukraynaya bütün kütləvi raket hücumları məhz bu aerodromdan həyata keçirilir. Burada Rusiyanın strateji aviasiyası – Tu-95 və Tu-160 bombardmançıları saxlanılır.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki