image-qanunla-reklam
image-1673425828-podzhog-voenkomata-v-rossii

Rusiyada daha bir hərbi komissarlıq binası yandırıldı

image-lady-day-az

Rusiyanın Amur vilayətində naməlum şəxslər hərbi komissarlığın binasını yandırıb. 

Qanunla.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, hadisə yanvarın 11-də səhər tezdən  Mağdağaçı kəndinin ərazisində baş verib. Kimliyi dəqiqləşməyən şəxslər binaya “Molotov kokteyli” atıblar.

Hadisə yerinə gedən yanğınsöndürənlər binaya yayılan yanğını söndürüblər.

Hüquq-mühafizə orqanları yanğın törədənlərin şəxsiyyətini müəyyənləşdirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki