image-qanunla-reklam
image-1671780280_er1_6713-7

Rusiyada 20 minə yaxın insan cinayətin qurbanı olub

image-lady-day-az

Cari ilin 11 ayında Rusiyada cinayətlər nəticəsində 20 minə yaxın insan dünyasını dəyişib. 

Qanunla.az TASS-a istinadən xəbər verir ki, bu məlumatlar Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin 2022-ci ilin yanvar-noyabr aylarında cinayətkarlığın vəziyyəti ilə bağlı materiallarında təqdim olunub.

“Kriminal hücumlar nəticəsində 19,6 min nəfər həlak olub ki, bu da 2021-ci ilin göstəricisindən 9,6 faiz azdır, 29,8 min nəfərin səhhətinə ciddi ziyan dəyib”, –  materialda deyilir.

Ümumilikdə bu il Rusiyada 1 823 min cinayət qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6% azdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki