image-qanunla-reklam
image-1664869263_756648349381942

Rusiya Zaporojye AES-in baş direktorunu QOVDU

image-lady-day-az

Zaporojye Atom Elektrik Stansiyasının baş direktoru İqor Muraşov “Rusiya Federasiyasının hakimiyyətini gözdən salmağa yönəlmiş fəaliyyətdə” ittiham edilərək işindən qovulub. 

“Qanunla.az” xəbər verir ki, bu barədə “Rossiya 24” telekanalı məlumat yayıb.

Bir gün əvvəl telekanalın efirində İqor Muraşovun Ukrayna xüsusi xidmət orqanları ilə əlaqələrinin olduğunu etiraf etdiyi bir süjet çıxıb.  Zaporojye AES-in baş direktoru deyir ki, o, stansiyadakı vəziyyətlə bağlı Ukrayna tərəfinə məlumat ötürüb.  Muraşov telekanalın süjetində qeyd edir ki, bu hücumlar fövqəladə hallara səbəb ola bilər.

Zaporojye atom elektrik stansiyasının atəşə tutulması son bir neçə ayda intensivləşib. Sentyabrın əvvəlində Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) missiyası dəyən ziyanı sənədləşdirmək və vəziyyəti nəzarət altına almaq üçün stansiyaya gəlib. Rusiya Müdafiə Nazirliyinin son məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin bu ərazini atəşə tutması davam edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki