“Qanunla.az” xəbər verir ki, nazirliyin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev keçirdiyi brifinqdə bununla bağlı sualı cavablandırıb.

“Biz Rusiya sülhməramlılarının ayrı-ayrılıqda tənqid edilməsini əsassız hesab edirik. Sülhməramlılar vəziyyəti sabitləşdirmək üçün fəal işləyirlər. Onların rolu Bakı və İrəvanda qeyd olunub”, – İ.Neçayev söyləyib.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan avqustun 4-də hökumətin iclasında Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətinin suallar doğurduğunu deyib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov N.Paşinyana cavab olaraq bildirmişdi ki, Ermənistandan sülhməramlıların fəaliyyətinə dair konkret təkliflər gəlməyib.