image-qanunla-reklam
image-1673884245_a5358224-95b3-11ed-808e-02420a0000c9_1024

Rusiya və İran XİN rəhbərləri arasında danışıqlar təxirə salındı

image-lady-day-az

Rusiya xarici işlər naziri Sergey Lavrov və onun iranlı həmkarı Hüseyn Əmir Abdullahyan arasında danışıqlar daha sonrakı tarixə təxirə salınıb.

Qanunla.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentindənbildirilib.

Nazirlərin görüşü yanvarın 17-də baş tutmalı idi.

Tərəflərin qarşılıqlı razılığı ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahyan arasında əvvəllər yanvarın 17-nə planlaşdırılan danışıqlar sonrakı tarixə təxirə salınıb.

Departament nazirlərin danışıqlarının təxirə salınmasının səbəblərini açıqlamayıb.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin İran lideri İbrahim Rəisi ilə telefon əlaqəsi saxladığı bildirilib. Dövlət başçıları ikitərəfli əməkdaşlıq və beynəlxalq məsələləri müzakirə ediblər. Söhbət zamanı bir sıra yüksək səviyyəli ikitərəfli əlaqələr də qeyd olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki