image-qanunla-reklam
image-1673852178-ria-8120502-tn

Rusiya və Belarus birlikdə hərbi təlimlərə başladı

image-lady-day-az

Belarusda Rusiyanın da iştirakı ilə regional qüvvələr qrupunun aviasiyasının taktiki-uçuş təlimi başlayıb. 

“Qanunla.az” xəbər verir ki, bu barədə yanvarın 16-da Belarus Respublikası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bu gün qoşunların regional qrupunun aviasiya komponentinə daxil olan Belarus Respublikası və Rusiya Federasiyası Silahlı Qüvvələrinin aviasiya bölmələrinin birgə taktiki-uçuş təlimi başlayıb”, – məlumatda deyilir.

Qeyd olunur ki, Rusiya tərəfdən təlimlərdə Aerokosmik Qüvvələrin hərbi birləşmələri iştirak edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki