“Gələn il Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olacaq. Hazırda həm rəsmi, həm də mədəni-humanitar istiqamətdə müvafiq tədbirlər planının razılaşdırılması tamamlanmaq üzrədir”.
Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
“Yaxın zamanda müvafiq informasiya paylaşılacaq”, – o deyib.
Rusiya XİN-in rəsmi nümayəndəsi qeyd edib ki, gələn il Rusiya ilə bir sıra MDB ölkələri arasında diplomatik münasibətlərin qurulmasının 30 illik yubileyi tamam olacaq.